14.03.2018

“Coca–Cola Məktəbli Kuboku” rayon birinciliyinin final turu keçirilib

Martın 14-də rayonun Sütəmurdov kənd tam orta məktəbinin idman zalında “Coca-Cola”, AFFA və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Coca–Cola Məktəbli Kuboku 2017-2018” adı altında rayon birinciliyinin final turu keçirilib.

Tədbiri Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov açaraq ölkəmizdə idmanın bütün növlərinə, o cümlədən futbola yüksək diqqət və qayğının olduğunu vurğulayıb və hər iki komandaya uğurlar arzulayıb.

Final turunda Sütəmurdov kənd tam orta məktəbinin komandası qalib gələrək zona birinciliyinə vəsiqə qazanıb.

Yarışda I və II yerləri tutmuş komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.