Lənkəran Şəhər Təhsil Şöbəsində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbiri giriş sözu ilə açan Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov ölkənin ictimai-siyasi həyatında qadınların fəal rolundan danışıb.
Yığıncaq iştirakçılarından müdir müavini G.Bağırov, TİAHİ Lənkəran Şəhər Komitəsinin sədri Q.Zeynalov, aparıcı məsləhətçi S.Əliyev və başqaları qadınları təbrik edib, onlara xoş arzularını bildiriblər.
Qadınlara bayram münasibətilə qiymətli hədiyyə və tər çiçəklər təqdim edilib.