05.03.2018

Açıq dərs

Martın 5-də rayonun Bəliton kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Əzizulla Şərifovun III sinifdə açıq dərsi keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlərlə yanaşı Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçiləri N.Əkbərov, M.Quliyev və qonşu məktəblərin ibtidai sinif müəllimləri iştirak ediblər. Yeni təlim texnologiyalarının tətbiq olunduğu açıq dərsdən sonra konstruktiv müzakirələr, təhlillər və təcrübə mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,  ,