04.03.2018

Rus dili və ədəbiyyatı olimpiadası

Martın 2-də Rusiya Federasiyası MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalaq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyində Cənub bölgəsi məktəblərinin VII və VIII sinif şagirdləri arasında X Respublika rus dili və ədəbiyyatı olimpiadası keçirib. Olimpiadada Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının 137 nəfər VII və VIII sinif şagirdi iştirak edib.

Tədbirdə Rusiya səfirliyinin əməkdaşları, müşavir V.P.Denisov, Hümanitar məsələlər üzrə məsləhətçi O.İ.Alenina və Lənkəran ŞTŞ-nın xarici dillər üzrə metodisti N.Zülfiqarlı iştirak edib.