Martın 2-də şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında rayonun ümumitəhsil məktəbləri kitabxanaçılarının seminarı keçirilib.
Seminarı giriş sözü ilə ŞTŞ-nın metodisti Azər Məmmədov açıb. O, “Ümumtəhsil müəssisələrinin kitabxanalarının Nümunəvi Əsasnaməsi” ndən irəli gələn vəzifələrdən geniş bəhs edib.
Məruzə ətrafında şəhər 1, 9 nömrəli və Rvo kənd tam orta məktəblərinin kitabxanaçıları Sara Mirzəyeva, Hüriyyət Salayeva və Zeynəb Həsənova çıxış ediblər.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.