Martın 2-də Lənkəran rayonunda yeni inşa edilmiş modul tipli F.İbrahimov adına Siyavar kənd tam orta məktəbi binasının açılış mərasimi keçirilib.
Tədbiri Siyavar kənd tam orta məktəbinin direktoru Kəmalə Cəfərova açıb.
Mərasimdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, Şəhər İcra Hakimiyyəti Hümanitar şöbəsinin məsləhətçisi Könül Manafova, 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Seyran Novruzov və kənd sakini Feyruz Bağırov çıxış edərək ölkədə təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci-vitse Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya numayiş etdirilib.