28.02.2018

Təhsil Şurasının növbəti iclası

28 fevral 2018-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Şura iclasında Viravul 1 nömrəli və Bəliton kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti haqqında, Nərimanabad qəsəbə, Səpnəkəran, Vel, Xarxatan və Şağlaküçə kənd tam orta məktəblərində biologiyanın tədrisi vəziyyəti haqqında və şəhər 3 nömrəli tam orta məktəbinin kimya müəllimi Sevda Qədirlinin qabaqcıl iş təcrübəsi haqqında məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları S.Əliyev, M.Quliyev, İ.Qurbanov və Z.Cəfərovanın arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb.


Açar sözlər: ,  ,