27.02.2018

Təhsil Şöbəsində görüş

Britaniya Şurası (British Council) təşkilatının Azərbaycan Respublikasındakı Filialı Təhsil Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində olmaqla 8 ingilis dili resurs mərkəzinin açılışını həyata keçirib. Layihənin əsas məqsədi mərkəzə cəlb olunan ingilis dili müəllimlərinin və şagirdlərin müxtəlif fəaliyyətlər vasitəsi ilə ingilis dili üzrə bacarıqlarının və danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Layihə çərçivəsində seçilmiş 30 ingilis dili müəllimi 4-10 mart 2018-ci il tarixlərdə Böyük Britaniyanın Edinburq şəhərində müəllimlərin peşəkar inkişafı təlimində iştirak etmək hüququ qazanıblar.

Onların arasında Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin müəllimləri Aynur Məmmədova, Ülkər Zülfiqarlı, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Leyla Hüseynova, Ülviyyə Həsənova və şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Könül Əzimova da vardır. 27 fevral 2018-ci il tarixdə həmin müəllimlərlə Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov görüş keçirib, onlara çətin, lakin şərəfli işlərində uğurlar arzulayıb. Görüşdə ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov və xarici dillər üzrə metodist Nürəddin Zülfiqarlı iştirak edib.


Açar sözlər: ,  ,