26 fevral Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bütün bunlar erməni vandalları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklərlə həyata keçirilib.
Lənkəran ŞTŞ-nın Tədbirlər Planına uyğun olaraq 26 fevral Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər faciə barədə danışıb, şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Belə tədbirlər şəhər məktəblərində, Şürük, Boladi 1 nömrəli, Şovu, Nərimanabad, Liman 1 nömrəli, Girdəni, Mamusta, Gərmətük, Xanbulan, Haftoni, Aşağı Nüvədi, Səpnəkəran, Yuxarı Nüvədi və başqa məktəblərdə daha yüksək səviyyədə keçirilib.