25.02.2018

Regional görüş

25 fevral 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonları ümumtəhsil məktəbləri rəhbərləri, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Mudafiyə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə  və Azərbaycan Tibb Universiteti Hərbi tibb fakultəsinə 2018-ci ildə qəbul şərtlərinin çatdırılması, təbliğatı və izahedici işlərin aparılması məqsədilə regional görüş keçirilib.

Görüşu Lənkəran ŞTŞ-nın müdir müavini G.Bağırov açıb. Gündəlikdə duran məsələ barəsində Mudafiyə Nazirliyinin zabitləri Natiq Məhərrəmov, Zöhrab Hacıyev, Vüqar Mirzəliyev və Mətin Qasımov məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.