Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Nazirliyinin 2017-2018-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə 399 nömrəli, 16 noyabr 2017-ci il tarixli əmrinin icrası istiqamətində müəyyən işlər görülüb. Belə ki, hələ dərs ilinin birinci yarısında müsabiqənin keçirilməsi ilə bağlı məktəb rəhbərlərinin təlimati müşavirəsi keçirilib, qaydalar barədə onlara geniş izahat verilib.
Şəhər Təhsil Şöbəsinin 17 noyabr 2017-ci il tarixli, 66 nömrəli əmri ilə müsabiqənin rayon mərhələsinin keçirilməsini təşkil edən təşkilat komitəsi yaradılıb. Qaydalara uyğun olaraq 2017-ci ilin noyabr–dekabr aylarında müsabiqənin məktəb mərhələsi keçirilərək başa çatdırıb. Bu mərhələdə rayonun 85 ümumtəhsil məktəbindən 1831 nəfər şagird ( VIII sinif üzrə 455 nəfər, IX sinif üzrə 525 nəfər, X sinif üzrə 436 nəfər, XI sinif üzrə 415 nəfər) iştirak edib. Onlardan 98 nəfər müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazanıb.
2018-ci ilin yanvar-fevral aylarında müsabiqənin rayon mərhələsinin keçirilməsi ilə bağlı müəyyən təşkilatı tədbirlər həyata keçirilib. 14 yanvar 2018-ci il tarixdə VIII-IX siniflər üzrə 48 nəfər, 3 fevral 2018-ci il tarixdə X-XI siniflər üzrə 51 nəfər, cəmi 98 nəfər şagird müsabiqənin rayon mərhələsində iştirak edib. Müsabiqə T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib. Rayon mərhələsində şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nömrəli, Xarici Dillər Təmayüllü Gimnaziya, Xanbulan, Darquba, Viravul 2 nömrəli və başqa məktəblər fəal iştirak edib.
Rayon mərhələsində Xarici Dillər Təmayüllü Gimnaziyanın IX sinif şagirdi Muradlı Ləman İbadət qızı (müəllim Mahmudova Səadət İbrahim qızı) qalib gəlib və respublika mərhələsində iştirak etmək hüququ qazanıb.