22 fevral 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil məktəbləri tərbiyə işləri üzrə direktor müavinlərinin seminarı keçirilib.
Seminarı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov açıb və “Keyfiyyət ili” çərçivəsində tərbiyə işləri üzrə direktor müavinlərinin qarşısında duran vəzifələrdən geniş bəhs edib. Sonra müdir müavini Güloğlan Bağırov, aparıcı məsləhətçilər Ramin Hüccətov və Cəmil Axundzadə çıxış edib. Natiqlər şagirdlərin mənəvi, vətənpərvərlik tərbiyəsi, erkən nigah, narkomaniya və dini fanatizim kimi məsələlərlə bağlı fikirlərini bildirib və tərbiyə işləri üzrə direktor müavinlərinin diqqətini həmin sahələrdə mövcud problemlərə cəlb ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.