21.02.2018

Beynəlxalq Ana Dili Günü

21 fevral 2018-ci il tarixdə şəhər 5 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Esmira Nuriyevanın rəhbərliyi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi–bədii kompozisiya keçirilib.

Tədbirdə ana dilinin milli varlığımız, milli sərvətimiz, milli-mənəvi dəyərimiz kimi  qiymətləndirilib. Çıxış edənlər ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması, onun daha da inkişaf etdirilməsi sahəsində  Ulu öndərimiz Heydər Əiiyevin əvəzsiz xidmətləri  xüsusi qeyd edilib.

Tədbirdə Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi R.Hüccətov  iştirak edib.


Açar sözlər: ,  ,  ,