20 fevral 2018-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və aparıcı məsləhətçi Ramin Hüccətov rayonun Lüvəsər kənd tam orta məktəbinin kollektivi və buraxılış sinfinin şagirdləri ilə görüşüblər.
Görüşdə A.İbrahimov ötən tədris ilində buraxılış imtahanlarında Lüvəsər kənd tam məktəbinin aşağı nəticə göstərməsini diqqətə çatdırıb. Uğurlu nəticələr əldə etmək üçün nizam-intizamın, məktəb-valideyn əlaqələrinin möhkəmləndirilməsi və təlimin keyfiyyətinin yüksəldilməsi kimi vacib məqamlardan söhbət açıb.