19 fevral 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbin İngilis müəllimi Solmaz Fətullayevanın anadan olmasının 65 illik yubileyinə və pedaqoji fəaliyyətinin 38 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Solmaz müəllimənin ömür yolundan və pedaqoji fəaliyyətindən geniş bəhs edilib. Həmkarları onu təbrik edib, xoş arzularını bildiriblər.
Sonda Lənkəran ŞTŞ-nın müdiri Aslan İbrahimov çıxış edib, yubilyara fəxri fərman və hədiyyə təqdim edib.