31 yanvar 2018-ci il tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.
Şura iclasında şəhər 7 nömrəli və Zövlə kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti haqqında, İstisu qəsəbə, Parakənd, Ləj kənd tam orta və Şağlaser kənd ümumi orta məktəblərində riyaziyyatın tədrisi vəziyyəti haqqında və şəhər 1 nömrəli, Aşağı Nüvədi qəsəbə, Separadi və Ürgə kənd tam orta məktəblərində vətəndaş müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin təşkili vəziyyəti haqqında məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları C.Axundzadə, M.Quliyev, Ş.Eminova və A.Aslanovun arayışları dinlənilib və müəyyən qərarlar qəbul edilib.
Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb.