24.01.2018

“Həzi burda doğulub”

    Lənkəranda Həzi Aslanovun ev müzeyində şəhər məktəblərinin iştirakı ilə “Həzi burda doğulub” tədbiri keçirilib.

   Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Asif İmanlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun keçdiyi şərəfli yoldan danışıb.

   Sonra şəhər 5 nömrəli tam orta məktəbin direktor müavini Cəfər Fətullayevin rəhbərliyi ilə şagirdlər Qəhrəman Həzi Aslanova həsr olunmuş seirlər ifa ediblər. Daha sonra şagirdlər Həzi Aslanovun ev müzeyin eksponatları ilə tanış olublar.


Açar sözlər: ,  ,  ,  ,