16.01.2018

Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilib

15 yanvar 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilib.

Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov 2017-ci ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.  Məruzə ətrafında şəhər 6 nömrəli məktəbin direktoru A. Xalıqov, Boladi kənd 1 nömrəli məktəbin direktoru E.Rzayev, ŞTŞ-nin aparıcı məsləhətçisi A. Aslanov və başqaları çıxış ediblər.

Yığıncağın işində Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə xanım Əliyeva iştirak edib. O, çıxışında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.


Açar sözlər: ,  ,  ,