13.01.2018

VII sinif şagirdləri arasında “Coca–Cola Məktəbli Kuboku 2017-2018” rayon birinciliyinə start verildi

    12 yanvar 2018–ci il tarixdə rayonun Sütəmurdov kənd tam orta məktəbinin idman zalında “Coca–Cola”, AFFA və Lənkəran ŞTŞ–nın təşkilatçılığı ilə “Coca–Cola Məktəbli Kuboku 2017-2018” ad altında rayon birinciliyinə start verildi.

    Açılış mərasimində Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov çıxış etmiş, iştirakçı komandalara uğurlar arzulamışdır.

       Yarışa rayonun ümumtəhsil məktəblərinin 26 komandası qatılmışdır. Yarış davam edir.