“Təhsildə keyfiyyət ili” çərçivəsində, "Təhsildə innovasiyalar" və İKT bacarıqlarından istifadə imkanları mövzusunda 05 yanvar 2018-ci il tarixdə rayonun ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin seminarı keçirilib.
Seminarda ŞTŞ-nin müdiri Aslan İbrahimov iştirakçıları gündəlik haqqında məlumatlandırıb. Seminarda şəhər 6 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Rəhimova və Şürük kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülxar Bağırova çıxış ediblər. Təhsil Şöbəsinin aparıcı məsləhətçisi M.Quliyev təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətləri haqqında geniş məruzə edib. Məruzə ətrafında ŞTŞ-nin müdir müavini G.Bağırov çıxış edib.
Sonda Aslan İbrahimov çıxış edərək seminarı yekunlaşdırıb.