26 dekabr 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.
Şura iclasında Türkəkəran kənd ümumi orta məktəbində təlim tərbiyə işlərinin vəziyyəti ilə bağlı aparılmış monitorinqin, Lüvəsər, Yuxarı Nüvədi, Xanbulan, Havzava kənd tam orta, Daşdalıqjar və Daştatük kənd ümumi orta məktəblərində məktəbdaxili nəzarətin təşkili vəziyyəti və şəhər 4, 10, Liman şəhər 1 nömrəli, Hirkan qəsəbə, Mamusta və Boladi kənd 1 nömrəli tam orta məktəblərinin təmayül siniflərində təhsilin təşkili vəziyyətinin monitorinqinin nəticələri barədə aparıcı məsləhətçilər M.Quliyev, N.Əkbərov və S.Əliyevin arayışları dinlənilmiş, müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilib.
Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov cari məsələlərdən danışıb, Yeni il bayramı münasibəti ilə rayonun pedaqoji ictimaiyyətini təbrik edib.