25 dekabr 2017-ci il tarixdə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov və metodist İlqar Qurbanov S. Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəbində III-XI sinifləri əhatə etməklə keçirilmiş ümumməktəb monitorinqində iştirak ediblər.
Monitorinq müəllim və valideynlərdən ibarət nəzarət qrupu tərəfindən izlənilib. Nəticələr fənlər, siniflər və şagirdlərin orta göstəricilərinə əsasən təhlil ediləcək, reytinq cədvəli tərtib ediləcəkdir.