23–24 dekabr 2017–ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbin idman zalında Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü“ nə həsr edilmiş basketbol üzrə məktəblilər arasında rayon birinciliyi keçirildi.
Açılış mərasimində Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıb.
Yarışa rayonun ümumtəhsil məktəblərinin 12 komandası qatılıb. Şəhər 7 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olub. Sonda I, II, III yeri tutmuş komandalara Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim edilib.