21 dekabr 2017–ci il tarixdə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, şöbənin aparıcı məsləhətçiləri S.Əliyev və C.Axundzadə Liman şəhər 1 nömrəli, Şirinsu və Qumbaşı kənd tam orta məktəblərinin pedaqoji kollektivləri və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.
Görüşdə A.İbrahimov son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı hər üç məktəb arasında müqayisəli təhlil aparıb.
Hər üç məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.