19.12.2017

Lənkəranda “Çay, çəltik və sitrus festivalı.”

      19 dekabr 2017-ci il tarixdə Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında “Çay, çəltik və sitrus festivalı” keçirilib.

    Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda Şəhər İcra Hakimiyyətinin başçısı T.Qaraşov, Prezident Administrasiyasının məsul işçisi H.Əzəmmədov, Milli Məclisin deputatları H.Rəcəbli, R.Quliyev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

      Festivalda rayonun sənaye, kənd təsərrüfatı, müəssisələri ilə yanaşı Təhsil Şöbəsi də hazırladığı geniş sərgisini nümayiş etdirib. Təhsil sərgisində təhsil, idman, olimpiada və müsabiqələrdə nailiyyətləri olmuş şagirdlər öz işlərini nümayiş etdiriblər.