18 dekabr 2017–ci il tarixdə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və şöbənin aparıcı məsləhətçisi C.Axundzadə şəhər 5 və 8 nömrəli tam orta məktəblərinin pedaqoji kollektivləri və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.
Görüşdə A.İbrahimov son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı hər iki məktəb arasında müqayisəli təhlil aparıb.
Hər iki məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.