16.12.2017

Valideynlərlə görüş.

       16 dekabr 2017-ci il tarixdə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və aparıcı məsləhətçi Ramin Hüccətov 6 nömrəli məktəb-liseydə valideyn iclasında iştirak ediblər. İclasda 6 nömrəli məktəb-liseyin direktoru A.Xalıqov və ŞTŞ-nin müdiri A.İbrahimov cənab prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın və onun əsas hədəfi olan məktəb-valideyn əməkdaşlağının müasir tələblərə uyğun təşkilindən geniş söhbət etdilər. İclasda təlim nəticələrinə görə fərqlənən şagirdlər və onların valideynləri diplomlarla təltif olundular.

     Tədbirin sonunda məktəb və ailə ünsiyyətinin təşkili üçün hansı çətinliklərlə qarşılaşdıqlarını bildirən sorğu vərəqləri valideynlərə paylanıb.


Açar sözlər: ,  ,  ,