14 dekabr 2017-ci il tarixdə Lənkəran ŞTŞ-nın müdiri Aslan İbrahimov və şöbənin aparıcı məsləhətçiləri S.Əliyev və C.Axundzadə rayonun İstisu, Havzavavə Çay fabriki kənd tam orta məktəblərinin pedaqoji kollektivi və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.
Görüşdə məktəbdaxili nəzarətin təşkili, buraxılış imtahanlarına hazırlığın vəziyyəti və valideynlərlə sıx əməkdaşlığın aparılması barədə söhbət açılıb. Məktəblərin vəziyyəti yerindəcə məktəb rəhbərlərinin iştirakı ilə müqayisəli şəkildə təhlil edilib, müvafiq göstərişlər verilib.