13 dekabr 2017–ci il tarixdə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov və şöbənin aparıcı məsləhətçisi R.Hüccətov şəhər 3 nömrəli tam orta, Şilavar kənd ümumi orta məktəblərinin pedaqoji kollektivi və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.
Görüşdə A.İbrahimov son üç ildə buraxılış imtahanlarının nəticələrinin şəhər və kənd məktəbləri arasında müqayisəli təhlilini aparıb.
Hər iki məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.