12.12.2017

Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür.

    Bu gün siyasətimizin patriarxı, müstəqil dövlətçiliyimizin qurucusu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il ötür.

Ümummili liderimizin anım günü Lənkəran Şəhər Təhsil Şöbəsində və rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlərlə hədsiz hörmət, məhəbbət və ehtiramla yad edilib. Tədbirlərdə onun xalqa və dövlətə həsr edilən həyatı fəaliyyəti və mübarizəsi haqqında geniş məlumatlar verilib.

    12 dekabr 2017-ci il tarixdə rayonun pedaqoji ictimaiyyətinin üç min nəfərdən çox nümayəndələri şəhərin mərkəzi meydanında dahi rəhbərin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər qoyublar.


Açar sözlər: ,  ,  ,