“Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru” layihəsi çərçivəsində Lənkəran şəhər 6 nömrəli tam orta məktəbi, Bakı şəhər 67, 102 nömrəli, S.C.Pişəvəri adına Gimnaziya və Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin riyaziyyat, dil-ədəbiyyat, tarix və musiqi müəllimlərinin Lənkəran şəhər 6 nömrəli tam orta məktəbində açıq dərsləri dinlənilib və müzakirələr aparılıb. İnamla qeyd etmək olar ki, qarşılıqlı təcrübə mübadiləsi mərkəz və əyalət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinə stimul verəcəkdir.