06.12.2017

Yubiley tədbiri.

      Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində klassik Azərbaycan poeziyasının gözəl nümunələrini yaradan Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Tədbirdə məktəbin direktoru Ülviyyə Əliyeva, məktəbin dil-ədəbiyyat müəllimi Maisə Axundova Vaqif məfkurəsindən, şairin özünəməxsus təkrarsız yaradıcılığından, sənətkarın əsrlərdən bəri öz bənzərsizliyini qoruyub saxladığı müxtəlif  poeziya nümunələri yaratdığından, bununla da milli ədəbiyyatın yeni istiqamətinin inkişafına təkan verdiyindən söz açdılar. Tədbirdə şagirdlərin ifasında S.Vurğunun “Vaqif” dramından  Molla Pənah Vaqif və Şah Qacarın dialoqu səsləndirildi. Daha sonra isə şairin qoşmaları, gözəlləmələri və qəzəllərindən nümunələr söylənildi.