Təhsil Nazirliyi tərəfindən rayonun Siyavar kənd tam orta məktəbi üçün modul tipli 128 yerlik binanın tikilməsi 2017-ci ilin planına salınıb. Dekabrın əvvəlində köhnə binanın bir hissəsi sökulmuş və tikinti başlanmışdır. Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri işlərin gedişi ilə tanış olublar.