27 noyabr 2017-ci il tarixdə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində keçirilən “Ümumi təhsil müəssisəsi kitabxanasının Nümunəvi Əsasnaməsi” nin tətbiqi və izahına həsr olunmuş seminar keçirilib. Seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasının mühəndis–proqramçısı Gülər Əhmədova slaydlar əsasında geniş məruzə edib. O, kitabxana fəaliyyətinin əsasları, idarə olunması, kadr potensialı, müəllim-valideyn əməkdaşlığı, habelə iş rejimi haqqında geniş məlumat verib. Məruzə ətrafında Rvo kənd tam orta məktəbinin kitabxana müdiri Z.Ağayeva, şəhər 9 nömrəli tam orta məktəbin kitabxana müdiri H.Salayeva çalışdıqları məktəblərdə kitabxanada yaradılmış sistemli şəraitdən və bu sahədə işlərin düzgün aparılmasından bəhs ediblər.
Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasının mühəndis–proqramçısı Gülər Əhmədova verilən sualları cavablandırıb. Seminarın işində Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi C.Axundzadə və metodist A.Məmmədov iştirak edib.