24.11.2017

Rus dili və ədəbiyyatı müəllimlərinin zona seminarı.

    24 noybr 2017-ci il tarixdə şəhər 4 nömrəli məktəb-liseydə rus dili və ədəbiyyat üzrə X Beynəlxalq olimpiadaya hazırlıq məqsədi ilə rus dili və ədəbiyyatı müəllimlərinin zona seminarı keçirilib. Seminarda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar və Salyan məktəblərində çalışan rus dili müəllimləri iştrak ediblər. Seminarın işində Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi N.Əkbərov və metodist N.Zülfüqarlı iştirak edib.