20 noyabr 2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan uşaqlarının IV Ümumrespublika forumu keçirilib. Forumda Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Rüqəyya Nəsirli, 6 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Nigar Qasımova və 10 nömrəli tam orta məktəbinin şagirdi İbrahim Novruzlu iştirak edib. Şagirdləri Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə müşayiət edib.