17.11.2017

Resurs Mərkəzi açılmışdır.

    16 noyabr 2017-ci il tarixdə Lənkəran şəhər 6 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin razılığı ilə Britaniya Şurası Təşkilatının Azərbaycan Respublikası filialı tərəfindən Resurs Mərkəzinin yaradılmasına həsr olunmuş yığıncaq keçirilib. Resurs Mərkəzinin yaradılmasından məqsəd ingilis dilinin daha səmərəli tədrisi və şagirdlərin bu dilə marağının artıtılmasıdır. Şəhər 1,2,3,4 və 6 nömrəli tam orta  məktəblərdə çalışan ingilis dili müəllimlərinin ilk seminarı keçirilib. İngilis dili müəllimləri arasında mərkəzin meneceri və koordinatoru seçilib. Seminarın işində Britaniya Şurası Təşkilatının Azərbaycan Respublikası filialının nümayəndsəsi Könül Əhmədova və Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Nurəddin Zülfüqarlı iştirak edib.


Açar sözlər: ,  ,  ,