16 noyabr 2017-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında 2017-2018–ci tədris ilinin Təhsil Nazirliyi tərəfindən “Umumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar Lənkəran, Astara, Masallı və Cəlilabad rayon Təhsil Şöbələri rəhbərlərinin, metodkabinet müdirlərinin və məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri Almas Əsgərova və həmin şöbənin məsləhətçisi Orxan Abbasov məruzə edib. Məruzədə ümumtəhsil məktəblərində keyfiyyətin təmin edilməsi şərtləri, metodiki xidmətin fəaliyyəti, məktəblərin təchizatı, şagirdlərin tərbiyəməsələləri, diaqnostik qiymətləndirmədə zəif nəticə göstərmiş müəllimlərin təlimlərə cəlb olunması, şagird və müəllimlərin qrant layihələrdə iştirakı və digər məsələlər geniş müzakirə olunub. Sonra Astara rayon TəhsilŞöbəsinin müdiri Qızbəs Məmmədova, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Lənkəran şəhər Təhsil Şöbəsinin müdir əvəzi Güloğlan Bağırov Təhsil Nazirliyinin müvafiq əmrinin icrası ilə əlaqədar rayonda görulən işlər barədə hesabat verib.
Sonda Təhsil Nazirliyinin əməkdaşları verilən sualları cavablandırıblar.