11-14 noyabr 2017-ci il tarixdə Lənkəran rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə, Şəmkir və Göygöl şəhərlərinə səyahət edib, tarixi və mədəniyyət abidələri ilə tanış olublar.Tur aksiyanın sonuncu günü Gəncə şəhərində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda 9 rayondan olan məktəblilər arasında Lənkəranın komandası II yeri tutub.