01.11.2017

Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbirlər.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 aprel 2017-ci il tarixli, 193 nömrəli əmrinin icrası ilə əlaqədar Lənkəran Şəhər Təhsil Şöbəsinin tədbirlər planına əsasən, Şəhər məktəblərində, Xarici dillər təmayüllü Gimnaziyada, Xanbulan, Qumbaşı, Səpnəkəran, Boladi 1,2, Bəliton, Darquba, Gərmətük, Hirkan, Kənarmeşə və Haftoni məktəblərində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

    Tədbirlərdə qüdrətli söz ustası, gözəllik həqiqət və məhəbbət şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında, onun Azərbaycan ədəbiyyatında rolu, sənətkarlıq xüsusiyyətləri barədə ətraflı məlumatlar verilib.

     Səməd Vurğunun “Vaqif” dramından parçalar səhnələşdirilib, Vaqifin lirik şeirlərindən ibarət ifalar dinlənilib.