27 oktyabr tarixdə Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda Şəhər 6 nömrəli və Gərmətük qəsəbə tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti ilə bağlı aparılmış monitorinqin, Bəlləbur, Cil, Gəgiran kənd tam orta və Velədi kənd ümumi orta məktəblərində Azərbaycan dili və ədəbiyyat dərslərinin tədrisi vəziyyətinin monitorinqinin nəticələri, payız-qış mövsümünə hazırlıq və 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə əlaqədar rayon üzrə 2016-2017-ci dərs ilinin nəticələrinin təhlili haqqında məsələlər müzakirə olunub. Məsələlər barəsində aparıcı məsləhətşilər S.Əliyev, R.Hüccətov, metodist S.Kələntərli və müdir müavini G.Bağırovun arayışları dinlənilib, fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.