26.10.2017

Uşaq hüquqları aylığı çərçivəsində tədbirlər.

      23-26 oktyabr 2017-ci il tarixdə şəhər 2, 7 nömrəli, Boladi kənd 1 nömrəli, Şovu, Bəliton, Darquba və Xanbulan kənd tam orta məktəblərində müəllimlərin, şagirdlərin, valideynlərin və Şəhər Təhsil Şöbəsi əməkdaşlarının iştirakı ilə narkomaniya və erkən nigahlarla bağlı tədbirlər  keçirilib.

    Natiqlər narkomaniya və erkən nigahların doğurduğu fəsadlar, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi kimi problemlərdən danışıblar.