21 oktyabr 2017-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki İslam Hümbətov şəhər 2 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb. Görüşdə narkomaniya və erkən nigahlar mövzuları ətrafında geniş söhbət aparılıb.
Mövzu ətrafında müzakirələrdə Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov, şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi Z.Ağazadə və başqaları iştirak edib və fikirlərini bildirib.
Sonda cənab İ.Hümbətov şagird və müəllimləri maraqlandıran sualları cavablandırıb.