18.10.2017

Lənkəranın təhsil müəssisələri Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü təntənə ilə qeyd edirlər.

  18 oktyabr 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsində  bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə müdir əvəzi Güloğlan Bağırov açaraq müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs etmiş, ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyətdən  çıxmasından, sosial–iqtisadi uğurlardan danışıb.

  Müstəqilliyimizin bərpasının 26-cı il dönümünə həsr olunmuş, silsilə bayram tədbirləri rayonun ümumtəhsil müəssisələrində davam edir.


Açar sözlər: ,  ,