Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.09.2017-ci il tarixli, 03-07-2793/15 nömrəli məktubunun icrası ilə bağlı 23 sentyabr 2017-ci il tarixdə Lənkəran ŞTŞ tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri
“Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.
Seçim turuna Lənkəran rayonu ilə yanaşı, doqquz ətraf rayonların şagirdləri də qatılmışlar. Yarışın qaydalarına əsasən hər bir rayondan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər.
Açıq test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 sual verilib.
Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr 2017-ci il tarixdə “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.