12 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər Təhsil işçilərinin konfransı keçirilib. Konfransda 2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib.Məsələ ilə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə xanım Əhmədova məruzə edib. Məruzə ətrafında müzakirələrdə şəhər 10 nömrəli tam orta məktəbin direktoru Qadir Axundov, valideyn Günel Cavadova, Şürük kənd tam orta məktəbinin direktoru Namik Bağırov, şəhər 6 nömrəli məktəb-liseyin məzunu, Tibb Universitetinin I kurs tələbəsi Nazlı Bağırzadə, şəhər 4 nömrəli-məktəb liseyin müəllimi Ülkər Dadaşova, Şəhər İcra Hakimiyyəti başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Rasilə Əliyeva, Təhsil Nazirliyinin əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Mirbaba Babayev çıxış ediblər.
Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək görülən işlərdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Sonda ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış və tələbə adını qazanmış məzunlara diplom və qiymətli hədiyələr təqdim edilib.