15.08.2017

5 məzunumuz qızıl medala layiq görülüb.

    Azərbaycan Respublikası Təhsil Naziri cənab M.Cabbarovun 04 avqust 2017-ci il tarixli, 239 nömrəli əmri ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş medalla təltif edilib.

    Sevindirici haldır ki, onların arasında Lənkəran məktəblərinin məzunları da vardır. Onlar aşağıdakılardır:

1. İsbarov Cəfər Şahin oğlu - şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot sinfinin məzunu.

2. Bağırzadə Nazlı Teymur qızı – şəhər 6 nömrəli məktəb-liseyin məzunu.

3. Eynizadə Nəzrin Mayis qızı – şəhər 10 nömrəli tam orta məktəbinin məzunu.

4. Kərimova Fatimə Faiq qızı -  Çay fabriki qəsəbə tam orta məktəbinin məzunu.

5. Cavadzadə Nübar Əsədulla qızı – Boladi kənd 1 nömrəli tam orta məktəbinin məzunu.

    Qızıl medala layiq görulmuş məzunlarımızı təbrik edir, onlara təhsil yollarında yeni-yeni uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,