25.07.2017

Taekvondo idman növü üzrə beynəlxalq səviyyəli turnir keçirilib.

    21-24 iyul 2017-ci il tarixdə Quba şəhərində Olimpiya kompleksində taekvondo idman növü üzrə beynəlxalq səviyyəli turnir keçirilib.

    Turnirdə rayonumuzun məktəbliləri gənclər arasında şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fərid Sultan 55 kq çəkidə I yer, şəhər 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bahadur Əsgərli 48 kq çəkidə III yer, şəhər XDT gimnaziyanın IX sinif şagirdi Kənan Rzazadə 48 kq çəkidə III yer və şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəcibə Canızadə 44 kq çəkidə III yer, yeniyetmələr arasında şəhər 7 nömrəli tam orta məktəbin VII sinif şagirdi  Fəridə Sultanlı 37 kq çəkidə III yeri qazanıblar.