10.07.2017

Respublika fənn müsabiqəsində qaliblərimiz.

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının daha da inkişaf etdirilməsi  istiqamətində həyata keçirdiyi çoxsaylı lahiyələrdən biri də fənn müsabiqələridir.

    Cari ilin mart ayında başlayan müsabiqələrin şəhər və rayon turları  07 iyul 2017-ci il tarixdə Bakı şəhərində keçirilən final mərhələsi ilə yekunlaşıb.

    Final mərhələsində rayonumuzu ayrı-ayrı fənlər üzrə 20 şagird təmsil edirdi ki, bu şagirdlərdən 4 nəfəri I-III yerləri tutub.

  Veravul kənd R.Həsənov adına 1 nömrəli tam orta məktəbinin VI sinif şagirdi Ağayev Nəriman Məlik oğli riyaziyyat fənnindən I-yeri, S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin VII sinif şagirdi Quliyev Elvin Rahib oğlu kimya fənnindən  I-yeri, şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eks pilot  VII sinif şagirdi Rəhimov Riad Ruslan oğlu kimya fənnindən  III-yeri və şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın VI sinif şagirdi Novruzlu Yağmur Qorxmaz oğlu riyaziyyat fənnindən  III-yer tutublar.


Açar sözlər: ,  ,  ,