19.07.2017

Lənkəran məktəblisi Tailanddan bürünc medalla qayıtdı.

    2014-cü ildən etibarən  Lənkəran şəhər V.Əliyev adına  4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot sinfində təhsil alan Məmmədli Turan Babək oğlu 2017-ci ildə Tailandın paytaxtı Banqkok şəhərində keçirilən 78 ölkənin iştirak etdiyi   49-cu Beynəlxalq kimya olimpiadasında uğurla  çıxış edərək III yerə layiq görülmüş, olimpiadanın bürünc medalını qazanmışdır.
    Qeyd  edək ki, T.Məmmədli bundan əvvəl də bir çox ölkədaxili və beynəlxalq olimpiadalarda müxtəlif nailiyyətlər və diplomlar qazanmışdır.